Ucar rayonunda qanvermə aksiyası keçirilmişdir
19 sentyabr 2024 | 16:24
Ucar rayonunda 19 sentyabr 2024-cü il tarixdə hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədilə qanvermə aksiyası keçirilib. Ucar rayon sakinləri donorluq aksiyasına qoşularaq qan veriblər. Həkim-hematoloqlar tərəfindən hər bir donorun sağlamlığı öncədən yoxlanılıb, hərtərəfli tibbi müayinədən sonra qan götürülüb.
Tədarük olunan qan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunacaq.
Qeyd edək ki, Ucar rayonunda artıq ənənəyə çevrilmiş bu humanist aksiyada rayon əhalisi mütəşəkkil şəkildə iştirak etmişdir.