Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunda Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı qeyd olunub

06 dekabr 2025 | 10:43

          06 dekabr 2025-ci il tarixdə 6 dekabr – Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı münasibətilə Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov, “Aztelekom” MMC-nin Aran Regional filialının Ucar şöbəsinin əməkdaşları Ümummilli Lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzdülər və xatirəsini yad etdilər.

          Prezident İlham Əliyevin 2006-cı il 2 dekabr tarixli 1804 nömrəli sərəncamı ilə hər il dekabrın 6-sı ölkəmizdə “ Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin” peşə bayramı günü kimi qeyd olunur.

Keçidlər