Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunda Ramazan bayramı ərəfəsində şəhid ailələri ziyarət edilib

30 aprel 2022 | 13:24

27-29 aprel 2022-ci il tarixlərdə Ucar Rayonu İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov, Millət vəkili, Milli Məclisin Ailə, qadın, uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva, Ucar Rayon Polis Şöbəsinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsinin rəhbərləri ilə birlikdə Vətən müharibəsində şəhid olanların ailə üzvlərini ziyarət edib. Şəhidlərin ailə üzvləri Ramazan bayramı münasibətilə təbrik edilib, onlara ərzaq bağlaması verilib.

Görüşlərdə şəhidlərin döyüşlərdə göstərdiyi şücaətdən, vətən sevgisindən geniş söhbət açılıb. Torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş əsgər və zabitlərimizin əziz xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağı vurğulanıb.

Görüşlərdə bildirilib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müvafiq göstərişlərinə əsasən dövlət qurumları bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanıb, onların problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər görülür.

Şəhid ailələri dövlətimiz tərəfindən göstərilən diqqət və qayğını öz üzərlərində hiss etdiklərini, bayramlarda və əlamətdar günlərdə onların hər zaman xatırlandığını qeyd etmişlər.

Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Keçidlər