Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunda Ramazan bayramı ərəfəsində şəhid ailələri ziyarət etmişdir

09 aprel 2024 | 17:55

          09 aprel 2024-cü il tarixdə Ucar Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov rayon ziyalıları ilə birlikdə Şəhidlər Xiyabanını ziyarət etdi. Vətən müharibəsində şəhid olanların ailə üzvləri ziyarət edildi. Şəhidlərin ailə üzvləri Ramazan bayramı münasibətilə təbrik edildi. Şəhidlərin döyüşlərdə göstərdiyi şücaətdən, vətən sevgisindən geniş söhbət açıldı. Torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş əsgər və zabitlərimizin əziz xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağı vurğulandı.

          Görüşlərdə bildirilib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müvafiq göstərişlərinə əsasən dövlət qurumları tərəfindən bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanıb, onların problemlərinin aradan qaldırılması istiqamətində mütəmadi olaraq tədbirlər görülür.

          Şəhid ailələri dövlətimiz tərəfindən göstərilən diqqət və qayğını öz üzərlərində hiss etdiklərini, bayramlarda və əlamətdar günlərdə onların hər zaman xatırlandığını qeyd etmişlər.

          Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etdilər.

Keçidlər