Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunda Rayon Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilmişdir

22 sentyabr 2026 | 20:27

          22 sentyabr 2026-cı il tarixdə Ucar Rayon Heydər Əliyev Mərkəzində Rayon Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilmişdir.

          Konfransda Ucar Rayon Ağsaqqallar Şurasının üzvləri, ziyalılar, şəhid ailələri, ictimaiyyət nümayəndələri iştirak etmişdir.

          Konfransda Ucar Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputatı Ağalar Vəliyev, Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli iştirak etmişdir.

          Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər.

          Konfransda Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad olunmuşdur.

          Ucar Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov konfrans iştirakçılarını və qonaqları salamlamışdır.

          Konfransda Ucar Rayon Aqsaqqallar Şurasını sədri Mirzalı Ağamalıyevin hesabatı dinlənilmiş və çıxışlar olmuşdur.

          Konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputatı Ağalar Vəliyev çıxış etmişdir. O, Respublika Ağsaqqallarına göstərilən diqqət və qayğıdan, qarşıda duran vəzifələrdən danışmışdır.      

          Hesabatda və çıxışlarda qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ağsaqqallara daima böyük diqqət və qayğı göstərir. Ağsaqqallar mütəmadi olaraq gənclərin maarifləndirilməsində, onlara milli-mənəvi dəyərlərin, tarixi ənənələrin aşılanmasında önəmli rol oynayırlar.

          Konfransda təşkilati məsələlər müzakirə olunub.

          Açıq səsvermə yolu ilə Mirzalı Ağamalıyev yenidən Ucar Rayon Aqsaqqallar Şurasının sədri seçildi.

          Sonra onun təqdimatı əsasında açıq səsvermə yolu ilə Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin və Təftiş Komissiyasının yeni tərkibi formalaşdırırlıb.

          Konfransın sonunda Ucar Rayon Aqsaqqallar Şurasının sədri Mirzalı Ağamalıyev çıxış edərək öz adından və yeni seçilən üzvlər adından onlara göstərilən etimada görə hər kəsə öz minnətdarlığını ifadə edib. Təşkilatın fəaliyyətini bundan sonra da uğurla davam etdirilməsi üçün bilik və təcrübələrini əsirgəməyəcəklərini bildirib.

          Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov və Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputatı Ağalar Vəliyev yeni seçilən sədri və heyət üzvlərini təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar diləyiblər.

          Yekunda Ucar Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov rayon ağsaqqallarının qarşısında duran vəzifələrdən danışmış, rayonun ictimai-siyasi həyatında daha fəal iştirak edəcəklərinə əmin olduğunu bildirmişdir.

Keçidlər