Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunda “Sağlam məhəllə”nin idman zonası istifadəyə verilib

16 iyul 2026 | 20:31

          Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən həyata keçirilən “Sağlam məhəllə” layihəsi çərçivəsində növbəti idman zonası iyulun 16-da Ucar rayonunda istifadəyə verilib.

          “Sağlam məhəllə”də minifutbol və basketbol meydançaları, stolüstü tennis və şahmat guşələri, həmçinin açıq havada istifadə üçün trenajor qurğuları quraşdırılıb.

          Açılışda Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbov, Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov, rayon sakinləri və gəncləri iştirak ediblər.

Keçidlər