Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunda “Sosial-iqtisadi inkişafla əlaqədar əhali arasında ekoloji maarifləndirmə işinin təşkili” mövzusunda və “yanğın təhlükəsizliyi” ilə bağlı maarifləndirmə tədbiri keçirildi.

18 aprel 2023 | 12:40

          18 aprel 2023-cü il tarixdə Ucar Rayon İcra Hakimiyyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin və Fövqəladə Hallar Nazirliyi Yanğın Nəzarəti Xidməti Aran Regional Yanğın Nəzarəti İdarəsinin birgə təşkilatçılığı ilə “Sosial-iqtisadi inkişafla əlaqədar əhali arasında ekoloji maarifləndirmə işinin təşkili” mövzusunda və “yanğın təhlükəsizliyi” ilə bağlı maarifləndirmə tədbiri keçirilmişdir.

          Tədbirdə Ucar Rayon İcra Hakimiyyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin və Fövqəladə Hallar Nazirliyi Yanğın Nəzarəti Xidməti Aran Regional Yanğın Nəzarəti İdarəsinin əməkdaşları və aidiyyəti qurumların nümayəndələri, həmçinin ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

Keçidlər