Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunda Təmiz ölkəm aksiyası çərçivəsində iməcilik kecirilib

21 sentyabr 2024 | 12:01

21 sentyabr 2024-cü il tarixdə 8 saylı Regionol Ekologiya və Təbii Sərvətlər idarəsinin təşkilatçılığı, Ucar rayon icra Hakimiyyətinin dəstəyi ilə Ucar RİHB-nın Ucar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin, Kommunal Müəssisələr Kombinatının, Ucar bələdiyyəsinin, Mənzil İstismar İdarəsinin iştirakı ilə Ucar şəhəri Azərbaycan küçəsində Təmiz ölkəm aksiyası çərçivəsində iməcilik kecirilmişdir.

Iməcilik zamanı tədbir ıştirakçıları tərəfindən 540 kq pərakəndə səpilmiş tullantılar, xüsusi ilə plastik şüşə qablar və polietilen torbalar ceşidlənərək torbalara toplanmışdır.

Toplanmış tullantılar maşına yığılaraq adiyyatı üzrə şəhər poliqonuna daşınması təmin edilmişdir.

Keçirilmiş iməcilik tədbirində 55 nəfər iştirak etmişdir.

Iştirakçılar və ərazidə yaşayan sakinlər arasında bərk tullantıların idarə edilmesi sahəsində zəruri maarifləndirmə işləri aparılmışdır.

Keçidlər