Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunda Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilmişdir

28 noyabr 2023 | 12:48

          Ucar rayonunda 28 noyabr 2023-cü il tarixdə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası və abadlıq və təmizlik işlərinin aparılması həyata keçirilmişdir.

          Tədbirdə Ucar rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri və əməkdaşları, gənclər və rayon ictimaiyyətinin nümayəndələri olmaqla, ümumilikdə 400 nəfər iştirak etmiş, 1000 ədəd ağac və gül kolları əkilmiş, Ucar şəhərinin küçə və meydanlarında təmizlik işləri aparılmışdır.

          Ağaclar və gül kolları Ucar şəhərinin Heydər Əliyev prospekti, Azərbaycan və 20 Yanvar küçələrində və Bayraq meydanında əkilmişdir.

Keçidlər