Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir

08 may 2025 | 12:39

          08 may 2025-ci il tarixdə Ucar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda Ucar Rayon Heydər Əliyev Mərkəzində tədbir keçirilmişdir.

          Tədbirdə Ucar Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının, idarə müəssisə və təşkilatların məsul şəxsləri, rayon ziyalıları və rayon ictimaiyyəti iştirak edib.

          Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

          Ucar Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov çıxış edərək qeyd etdi ki, Ümummilli Lider Heydər Əliyev müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur. Ulu Öndərin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən biri də uğurlu dövlət quruculuğu prosesinin əsasının qoyulmasıdır. Bu, Azərbaycanın müstəqil dövlət kimi inkişafı baxımından çox mühüm əhəmiyyətə malikdir.

          1993-cü il ölkəmizdə xaos və anarxiyanın hökm sürdüyü zaman xalqın təkidi və tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin sonsuz Vətən sevgisi, sarsılmaz siyasi qətiyyəti və güclü idarəçilik bacarığı sayəsində Azərbaycan real parçalanmaq, müstəqilliyini itirmək təhlükəsindən xilas olub. Ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında və beynəlxalq əlaqələrində əsaslı dönüş yaranıb. Bu gün ölkəmizdə Ümummilli Liderin əsasını qoyduğu siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan inkişaf edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin son 22 ildə həyata keçirdiyi güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olunması ilə nəticələndi. Mükəmməl texnologiyamız, döyüş ruhumuzun yüksəkliyi, xalq-iqtidar birliyi, həmrəylik Azərbaycanın qalib dövlət kimi adını tarixə yazdı.

          Tədbirdə Ucar Rayon Ağsaqqallar Şurasının sədri Mirzalı Ağamalıyev, Ucar Rayon Heydər Əliyev Mərkəzinin direktoru Mətanət Qəribova, rayon ziyalısı Hakim Nəcəfov, Ucar şəhər 6 nömrəli tam orta ümumtəhsil məktəbin direktoru Lalə Mənsimova, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Ucar rayonu üzrə Gənclər və İdman Sektorunun baş məsləhətçisi Mirmehdi Heydərov,Ucar şəhər 5 nömrəli tam orta ümumtəhsil məktəbin direktoru Tamara Mirişli mövzu ətrafında çıxış etdilər.

Keçidlər