Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunda Ümummilli  Lider  Heydər  Əliyevin anadan  olmasının  99-cu ildönümü ilə əlaqədar tədbir keçirilib

10 may 2022 | 16:53

10 may 2022-ci il tarixdə Ucar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli  Lider  Heydər  Əliyevin anadan  olmasının  99-cu ildönümü ilə əlaqədar Ucar Rayon Heydər Əliyev Mərkəzində tədbir keçirilmişdir.

Tədbirdə Ucar Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Ucar rayon təşkilatının sədri, rayon Ağsaqqallar Şurasının sədri, təhsil, səhiyyə və mədəniyyət işçiləri iştirak ediblər.

Əvvəlcə Ümummilli  Lider  Heydər  Əliyevin abidəsinin önünə gül-çiçək dəstələri qoyuldu. Sonra Ucar Rayon Heydər Əliyev Mərkəzinin konfrans zalında dəyirmi masa keçirildi. Ulu Öndərin əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Ucar Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov çıxış edərək qeyd etdi ki, Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü Ulu Öndər Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyəti ilə bağlıdır. Ulu Öndər Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından uğurla çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. Həyatının mənasını xalqına xidmət etməkdə görən Ümummilli Lider Heydər Əliyevin siyasi irsinin nəticəsidir ki, bu gün müstəqil və demokratik Azərbaycan dövləti yaşayır və hərtərəfli inkişaf edir.

Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ümummilli Liderin siyasi kursunu layiqincə davam etdirir. Ulu Öndərin siyasətinin uğurla həyata keçirilməsi müstəqilliyimizi möhkəmləndirir, dövlətçiliyimizi qüdrətləndirir və beynəlxalq aləmdə Azərbaycan Respublikasının rolunu və nüfuzunu artırır.

Ucar Rayon İcra Hakimiyyəti Başçısının müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aidə Qəhrəmanova, Rayon Təhsil Şöbəsinin müdiri Rauf Məmmədov, “Ucar Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin baş direktoru Zeynal Bayramlı, Ağdaş Regional Mədəniyyət İdarəsinin Ucar rayonu üzrə nümayəndəsi Alı Babayev, Ucar şəhər 5 nömrəli tam orta məktəbin direktoru Hakim Nəcəfov Ulu Öndərin həyat və yaradıcılığından, keçdiyi ömür yolundan söhbət açdılar və qeyd olundu ki, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi daim hörmətlə yad ediləcək, xalqımız onu heç zaman unutmayacaqdır.

Tədbir Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən filmin nümayişi ilə başa çatıb.

Keçidlər