Ucar rayonunda Vətən müharibəsində şəhid olan Şahı Məmmədlinin ildönümü ilə əlaqədar məzarı ziyarət olundu
01 dekabr 2025 | 12:29
01 dekabr 2025-ci il tarixdə Ucar Rayon İcra Hakimiyyətinin Başçısı, rayon ziyalıları, rayon ictimaiyyəti Vətən müharibəsində şəhid olan Şahı Məmmədlinin ildönümü ilə əlaqədar rayonun Bərgüşad kəndində yerləşən məzarını ziyarət edərək qəhrəman şəhidimizin əziz xatirəsini dərin ehtiramla yad ediblər, ailəsinə səbr diləyiblər.






