Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunda Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı tədbir keçirildi

26 fevral 2026 | 15:03

          26 fevral 2026-cı il tarixdə Ucar Rayon İcra Hakimiyyətində Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar rayonda yaşayan Xocalılarla görüş keçirilmişdir.

          Tədbirdə Ucar Rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayonda məskunlaşmış Xocalılar iştirak etmişlər.

          Tədbir iştirakçıları şəhidlərimizin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad etdilər.

          Ucar Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov çıxış edərək qeyd etdi ki, 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımı aktı baş vermişdir. Xocalı faciəsinin yalnız xalqımıza qarşı deyil, ümumilikdə insanlıq əleyhinə, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayət olduğu qeyd olunub. Xocalı faciəsinə ilk siyasi qiymətin Ulu Öndər Heydər Əliyev tərəfindən verildiyi və onun 1994-cü ildə imzaladığı Fərmanla 26 fevralın Xocalı soyqırımı günü elan edildiyi diqqətə çatdırılıb.

          Qeyd olundu ki, 2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror əməliyyatı nəticəsində separatçılardan təmizlənib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.

          Xocalı soyqırımı heç vaxt Azərbaycan xalqının yaddaşından silinməyəcək. Heç vaxt Azərbaycan xalqı bu qanlı cinayəti unutmayacaq.

          Daha sonra Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları rayon şöbəsinin sədri Niyaz Xəlilov, Qarabağ Müharibəsi Əlilləri Veteranlar və Şəhid Ailələri İctimai Birliyinin rayon şöbəsinin sədri Rahib Rəsulov, Xocalı sakinləri Ədalət Bayramov və Sürayə Rəsulova, Ucar şəhər 1 nömrəli texniki və humanitar fənlər təmayüllü məktəb-liseyin müəllimi Günel Məmmədova çıxış etdilər.

Keçidlər