Ucar rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Su ehtiyatlarından səmərəli istifadənin təmin olunması, alternativ su mənbələrinin yaradılması və həmin mənbələrdən istifadənin genişləndirilməsi” mövzusunda toplantı keçirilib.
05 iyun 2024 | 16:09
Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı “Tədbirlər Planaı”nda həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin icrası ilə əlaqədar “Su ehtiyatlarından səmərəli istifadənin təmin olunması, alternativ su mənbələrinin yaradılması və həmin mənbələrdən istifadənin genişləndirilməsi” mövzusunda maarifləndirici toplantı keçirilmişdir.
Toplantıda Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nairliyinin və Rayon İcra Hakimiyyəti başçısı Aparatınının məsul əməkdaşları, aidiyyatı qurumların nümayəndələri, Ucar RİH Başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyələr və fermerlər iştirak etmişlər.