Ucar rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində gənclərlə görüş keçirilmişdir
15 avqust 2024-cü il tarixdə Ucar Gənclər Evində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində tədbir keçirilmişdir.
Tədbirdə Ucar Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon gəncləri və rayon ziyalıları iştirak edib.
Tədbiri giriş sözü ilə Ucar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Şükür Məmmədov açaraq qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamına əsasən 2024-cü il Azərbaycan Respublikasında “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.
Tədbirdə Ucar şəhər 3 nömrəli tam orta məktəbin kimya müəllimi Ceyran Abdullayeva, Ucar şəhər 3 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Fatma Abbasova, 3 saylı Çiyni kənd kitabxanasının filial müdiri Zeynəb Bədəlova, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Ucar rayonu üzrə Gənclər və İdman Sektorunun baş məsləhətçisi Mirmehdi Heydərov mövzu ətrafında çıxış etdilər.
Sonda gənclərlə mövzu ətrafında, eləcə də gələcəkdə keçiriləcək maarifləndirici tədbirlər, təlimlər haqqında müzakirələr aparılıb.