Ucar rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.
Respublikamızın hər yerində olduğu kimi, Ucar rayonunda da “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş silsilə tədbirlər davam edir.
İl çərçivəsində oktyabrın 17-dən Ucar rayonunda ağacəkmə aksiyasına başlanılıb.
Ucar Rayon İcra Hakimiyyətinin rəhbərliyinin, idarə və müəssisələrin kollektivlərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi ağacəkmə aksiyasında rayon ərazisində yerləşən magistral yolların kənarında 1000-ə yaxın ağac əkilib.
Qeyd edək ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində payız mövsümündə rayon ərazisində yaşıllıqların artırılması məqsədilə 10000 ədəd ağac və gül kollarının əkilməsinin davam etdirilməsi nəzərdə tutulub.