Ucar rayonunun Alpı, Quləbənd, Yuxarı Şilyan, Qazyan kənd 1 nömrəli tam orta və Yuxarı Şilyan ümumi orta ümumtəhsil məktəblərində “Uşaq Hüquqları Aylığı” çərçivəsində tədbirlər keçirilmişdir
29 oktyabr 2025 | 13:39
29 oktyabr 2025-ci il tarixdə Ucar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ucar rayonunun Alpı, Quləbənd, Yuxarı Şilyan, Qazyan kənd 1 nömrəli tam orta və Yuxarı Şilyan kənd ümumi orta ümumtəhsil məktəblərində “Uşaq Hüquqları Aylığı” çərçivəsində tədbirlər keçirilmişdir.
Tədbirdə Ucar Rayon İcra Hakimiyyətinin, Ucar Rayon Polis Şöbəsinin əməkdaşları iştirak etmişlər. Tədbir iştirakçılarına ölkəmizdə uşaq hüquq və azadlıqlarının qorunması ilə bağlı görülmüş işlər, bu sahədə qəbul edilmiş qanunvericilik aktları barədə ətraflı məlumatlar verilmişdir. Tədbirdə uşaq hüquq və azadlıqlarının qorunması ilə bağlı diskussiyalar aparılmış və şagirdlərin sualları cavablandırılmışdır.






