Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunun Bərgüşad kəndində “Narkomaniyaya yox deyək”, “Erkən və qohumlar arası nikahların mənfi nəticələri”, “Dini radikalizm” və “Uşaqların təhsildən yayınması, baxımsızlığı və onlara qarşı zorakılıq hallarının qarşısının alınması” mövzularında maarifləndirici tədbir keçirilmişdir

14 aprel 2023 | 14:46

          Ucar Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiya”nın və Ucar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Ucar rayonu Bərgüşad kənd 1 və 2 nömrəli tam orta məktəblərdə 14 aprel 2023-cü il tarixdə maarifləndirici tədbir keçirilmişdir.

          Maarifləndirmə tədbirində Ucar Rayon Polis Şöbəsinin rəhbər şəxsləri və əməkdaşları, Ucar Rayon İcra Hakimiyyətinin və digər əlaqədar dövlət qurumlarının məsul şəxsləri çıxışlar edərək Ucar rayonunda “Narkomaniyaya yox deyək”, “Erkən və qohumlar arası nikahların mənfi nəticələri”, “Dini radikalizm” və “Uşaqların təhsildən yayınması, baxımsızlığı və onlara qarşı zorakılıq hallarının qarşısının alınması” mövzuları ilə bağlı müəllimlər, şagirdlər və tədbirin digər iştirakçıları maarifləndirilmişdir. Tədbir iştirakçılarına mövzulara uyğun məlumatlar verilmiş, bu sahədəki qanunvericilik və ölkəmizdə görülmüş işlər onlara izah edilmiş müəllim və şagirdlərlə diskussiyalar aparılmışdır. Tədbirin sonunda şagirdlərin mövzulara uyğun sualları cavablandırılmışdır.

Keçidlər