Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunun Boyat kənd tam orta ümumtəhsil məktəbində “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirilib

03 iyun 2025 | 12:49

03 iyun 2025-ci il tarixdə Ucar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ucar rayonunun Boyat kənd tam orta ümumtəhsil məktəbində “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirildi.

Tədbirdə Ucar Rayon İcra Hakimiyyətinin, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Ucar rayonu üzrə Gənclər və İdman Sektorunun, Rayon İcra Hakimiyyəti Başçısının Boyat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin, Boyat bələdiyyəsinin, ərazidə fəaliyyət göstərən dövlət qurumlarının məsul şəxsləri, Boyat və Bağban kənd tam orta ümumtəhsil məktəblərinin nümayəndələri iştirak etmişdir.

         Tədbirdə Ucar Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Xəyyam Səmədzadə, Boyat kənd tam orta ümumtəhsil məktəbinin direktoru Layiq Əliyev, Boyat kənd tam orta ümumtəhsil məktəbinin tarix müəllimi Laləzar Həsənova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Göyçar Regional Bölməsinin əməkdaşı Rauf Nəsirov, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Ucar rayonu üzrə Gənclər və İdman Sektorunun baş məsləhətçisi Mirmehdi Heydərov və Boyat kənd tam orta ümumtəhsil məktəbinin psixoloqu Tamella Mirzəyeva mövzu ətrafında çıxış etmişlər.

Keçidlər