Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunun Küçəkənd kəndində “Narkomaniyaya yox deyək”, “Ailələrdə uşaqların erkən və qohumlar arası nikahlara cəlb edilməsi”, “Gender əsaslı  zorakılıq hallarının qarşısının alınması” və “Dini radikalizm” mövzularında maarifləndirici tədbir keçirilmişdir

01 dekabr 2023 | 12:25

          Ucar Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiya”nın və Ucar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Ucar rayon Küçəkənd kənd tam orta məktəbdə 01 dekabr 2023-cü il tarixdə maarifləndirici tədbir keçirilmişdir.

          Maarifləndirmə tədbirində Ucar Rayon İcra Hakimiyyətinin, Ucar Rayon Polis Şöbəsinin əməkdaşları və digər əlaqədar dövlət qurumlarının məsul şəxsləri çıxışlar edərək Ucar rayonu, Küçəkənd kəndinə “Narkomaniyaya yox deyək”, “Ailələrdə uşaqların erkən və qohumlar arası nikahlara cəlb edilməsi”, “Gender əsaslı  zorakılıq hallarının qarşısının alınması” və “Dini radikalizm” mövzuları ilə bağlı müəllimlər, şagirdlər və tədbirin digər iştirakçıları maarifləndirilmişdir. Tədbir iştirakçılarına mövzulara uyğun məlumatlar verilmiş,  müəllim və şagirdlərlə narkomaniya və narkomanlıq, erkən nikahlar,  ailələrdə uşaqlara qarşı zorakılıq halları və məişət zorakılığı hallarının  qarşısının alınması ilə bağlı diskussiyalar aparılmışdır. Tədbirin  sonunda şagirdlərin mövzulara uyğun sualları cavablandırılmış, şagird və müəllimlərlə diskussiyalar aparılmışdır.

Keçidlər