Ucar rayonunun Mərkəzləşdirilmiş Kitabxana Sistemində “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirildi
13 may 2025-ci il tarixdə Ucar Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirildi.
Tədbirdə Ucar Rayon İcra Hakimiyyətinin və Ucar Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları iştirak etmişdir.
Tədbiri Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Bəsirə Abbasova açaraq qeyd etdi ki, Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətçiliyimizin əsasını qoyan Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi və uzaqgörənliyi nəticəsində formalaşmış fundamental bir sənəddir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində torpaqlarımızın işğaldan azad olunması həm möhtəşəm hərbi nailiyyət, həm də siyasi və diplomatik zəfər olmaqla Konstitusiyamızın məqsədlərinə uyğun olaraq dövlətimizin tam suverenliyinin təmininə xidmət etmişdir.
Sonra Ucar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının ictimai-siyasi və humanitar məslələr şöbəsinin baş məsləhətçisi Məlahət Hüseynova, Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin məsul əməkdaşları mövzu ilə bağlı çıxış etdilər.