Ucar rayonunun Qazıqumlaq kəndində “Narkomaniyaya yox deyək”, “Uşaqların təhsildən yayınmasının qarşısının alınması” və “Erkən və qohumlar arası nikahların mənfi nəticələri” mövzularında maarifləndirici tədbir keçirilmişdir
Ucar Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiya”nın və Ucar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə 15 dekabr 2023-cü il tarixdə Ucar rayonu Qazıqumlaq kənd 2 nömrəli tam orta məktəbində maarifləndirici tədbir keçirilmişdir.
Maarifləndirmə tədbirində Ucar Rayon İcra Hakimiyyətinin, Ucar Rayon Polis Şöbəsinin əməkdaşları və digər əlaqədar dövlət qurumlarının məsul şəxsləri çıxışlar edərək Ucar rayon Qazıqumlaq kəndində “Narkomaniyaya yox deyək”, “Uşaqların təhsildən yayınmasının qarşısının alınması” və “Erkən və qohumlar arası nikahların mənfi nəticələri” ilə bağlı müəllimlər, şagirdlər və tədbirin digər iştirakçıları maarifləndirilmişdir. Tədbir iştirakçılarına mövzulara uyğun məlumatlar verilmiş, müəllim və şagirdlərlə diskussiyalar aparılmışdır. Tədbirin sonunda şagirdlərin mövzulara uyğun sualları cavablandırılmışdır.