Ucar rayonunun təmizlik təsərrüfatının maddi-texniki bazası gücləndirilir
Ucar şəhərində kommunal xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi, şəhər ərazisində təmizlik və sanitariya vəziyyətinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir.
Bu məqsədlə məişət tullantılarının vaxtında və operativ şəkildə daşınmasını təmin etmək üçün şəhərin kommunal təsərrüfatına yeni xüsusi təyinatlı zibil daşıyan avtomobillər cəlb olunub. Eyni zamanda, şəhərin sanitar-təmizlik xidmətlərinin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə yeni məişət tullantısı konteynerləri alınıb.
Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov yeni alınmış xüsusi təyinatlı avtomobilə baxış keçirmişdir.
Bildirilib ki, yeni növbəti texnikanın istismara qəbul edilməsi məişət tullantılarının toplanması və daşınması işlərinin daha çevik və səmərəli təşkilinə, kommunal xidmətlərin operativliyinin artırılmasına imkan yaradacaq.
Yeni məişət tullantı konteynerlərinin mövcud tələbatı nəzərə alınmaqla müxtəlif ərazilərdə mərhələli şəkildə yerləşdirilməsi təmin edilir.
Ucar şəhərində abadlıq, təmizlik və sanitariya işlərinin müasir tələblər səviyyəsində təşkili, kommunal təsərrüfatın maddi-texniki bazasının yenilənməsi və şəhər sakinlərinə göstərilən xidmətlərin keyfiyyətinin artırılması istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcək.






