Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunun Yuxarı Şilyan kənd tam orta ümumtəhsil məktəbində “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirildi

18 aprel 2025 | 11:42

           18 aprel 2025-ci il tarixdə Ucar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ucar rayonunun Yuxarı Şilyan kənd tam orta ümumtəhsil məktəbində “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirildi.

           Tədbirdə Ucar Rayon İcra Hakimiyyətinin, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Ucar rayonu üzrə Gənclər və İdman Sektorunun, Rayon İcra Hakimiyyəti Başçısının Yuxarı Şilyan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin, Yuxarı Şilyan kənd tam orta ümumtəhsil məktəbinin Yuxarı Şilyan kənd ümumi orta ümumtəhsil məktəbinin nümayəndələri iştirak etmişdir.

           Tədbirdə Ucar Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Xəyyam Səmədzadə, Ucar rayonunun Yuxarı Şilyan kənd tam orta ümumtəhsil məktəbinin direktoru Emin Orucov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Göyçar Regional Bölməsinin əməkdaşı Rauf Nəsirov, Rayon İcra Hakimiyyəti Başçısının Yuxarı Şilyan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Cabir Hacıyev, Yuxarı Şilyan kənd ümumi orta ümumtəhsil məktəbinin tarix müəllimi Tağı Məmmədov, Yuxarı Şilyan kənd tam orta ümumtəhsil məktəbinin tarix müəllimi Kürdoğlu Aslanlı mövzu ətrafında çıxış etdilər.

Keçidlər