Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar RİH-də fəaliyyət göstərən Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun “Məişət zorakılığının qarşısının alınması” mövzusunda iclası keçirilmişdir

21 dekabr 2022 | 15:05

          Ucar Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun “Məişət zorakılığının qarşısının alınması” mövzusunda 21 dekabr 2022-ci il tarixdə iclası keçirilmişdir. İclası Rayon İcra Hakimiyyəti Başçının müavini - ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Monitorinq qrupunun sədri Aidə Qəhrəmanova açaraq bu sahədə görülmüş işlər barədə məlumat vermişdir.

          Tədbirdə Rayon İcra Hakimiyyəti Başçısı Aparatının hüquq şöbəsinin müdiri Xəyyam Səmədzadə, Rayon Ağsaqqallar Şurasının sədri Mirzalı Ağamalıyev, Rayon Prokurorunun köməkçisi Aysel Həsənova, Rayon Qeydiyyat Şöbəsinin müdiri Malik Vahidov, Rayon Polis Şöbəsi Rəisinin şəxsi heyət üzrə köməkçisi Oruc Əzizov, Mərkəzi Aran Regional Təhsil İdarəsi Ucar Rayon Təhsil sektorunun müdiri Rahib Bürcəliyev, Ucar Rayon Gənclər və İdman İdarəsinin rəisi Əhliman İbrahimov, “Ucar Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin ümumi şöbəsinin müdiri Abdulla Novruzov və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Mərkəzi Aran Regional filialının böyük məsləhətçisi Şəlalə Xəlilova çıxış edərək məişət zorakılığının yaranma səbəbləri, ailələrdə məişət zorakılığı hallarının qarşısının alınması və məişət zorakılığına məruz qalmış şəxslərin hüquq və mənafelərinin qorunması ilə bağlı tədbir iştirakçılarına məlumatlar vermişlər. Tədbirin sonunda məişət zorakılığının qarşısının alınması ilə bağlı birgə fəaliyyətin gücləndirilməsi və 2023-cü ildə monitorinq qrupu tərəfindən yerlərdə mütəmadi maarifləndirmə işlərinin təşkil edilməsi nəzərdə tutulmuşdur.

Keçidlər