Ucar şəhər 1 nömrəli texniki və humanitar fənlər təmayüllü məktəb-liseydə “Erkən nikah və təhsildən yayınma hallarının qarşısının alınması” mövzularında maarifləndirici tədbir keçirilib
12 fevral 2025 | 12:47
Ucar Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya, Ucar rayonu üzrə Gənclər və İdman sektoru, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Göyçay regional bölməsi ilə birlikdə Ucar şəhər 1 nömrəli texniki və humanitar fənlər təmayüllü məktəb-liseydə 12 fevral 2025-ci il tarixdə maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə iştirakçılara mövzulara uyğun məlumatlar verilmiş, müəllim və şagirdlərlə diskussiyalar aparılmış və tədbirin sonunda şagirdlərin mövzulara uyğun sualları cavablandırılmışdır.