Ucar şəhər 1 nömrəli texniki və humanitar fənlər təmayüllü məktəb-liseydə “Narkomaniyaya yox deyək" mövzusunda maarifləndirici tədbir keçirilmişdir
Ucar Rayon İcra Hakimiyyətinin və Ucar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Ucar şəhər 1 nömrəli texniki və humanitar fənlər təmayüllü məktəb-liseydə 09 yanvar 2026-cı il tarixdə maarifləndirici tədbir keçirilmişdir.
Maarifləndirmə tədbirində Ucar Rayon İcra Hakimiyyətinin hüquq və kadr məsələləri sektorunun müdiri Xəyyam Səmədzadə, Ucar Rayon Polis Şöbəsinin şəxsi heyət üzrə rəis köməkçisi Oruc Əzizov, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Ucar rayonu üzrə Gənclər və İdman sektorunun baş məsləhətçisi Mirmehdi Heydərov, Ucar “Gənclər evi” Sosial Xidmət Müəssisəsinin metodisti Ramil Hüseynov, Ucar şəhər 1 nömrəli texniki və humanitar fənlər təmayüllü məktəb-liseyin direktoru Anar Misirov və məktəbin psixoloqu Sədaqət Soltanova çıxışlar edərək bu sahədə ölkəmizdə görülmüş işlər barədə eləcə də “Narkomaniyaya yox deyək”, “Dini radikalizm”, “Erkən və qohumlararası nikahların mənfi nəticələri”, “Uşaqların zərərli vərdişlərdən qorunması” və “Uşaqların təhsildən yayınmalarının qarşısının alınması” mövzuları ilə bağlı müəllim və şagirdlər maarifləndirilmişdir.
Tədbir iştirakçılarına bu sahədəki qanunvericilik, respublikamızda və rayonumuzda görülmüş işlərlə əlaqədar mövzulara uyğun məlumatlar verilmişdir.
Tədbirdə müəllim və şagirdlərlə diskussiyalar aparılmış və şagirdlərin mövzulara uyğun sualları cavablandırılmışdır.






