Ucar şəhər 1 nömrəli texniki və humanitar fənlər təmayüllü məktəb-liseydə İnsan hüquqları aylığı çərçivəsində “Uşaqların təhsil hüquqlarının qorunması”, “Narkomaniyaya yox deyək”, “Erkən və qohumlararası nikahların mənfi nəticələri”, “Dini radikalizm” mövzularında maarifləndirici tədbir keçirilmişdir
Ucar Rayon İcra Hakimiyyətinin və Ucar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Ucar şəhər 1 nömrəli texniki və humanitar fənlər təmayüllü məktəb-liseydə İnsan hüquqları aylığı çərçivəsində 21 may 2025-ci il tarixdə maarifləndirici tədbir keçirilmişdir.
Maarifləndirmə tədbirində Ucar Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Xəyyam Səmədzadə, Ucar Rayon Polis Şöbəsinin şəxsi heyət üzrə rəis köməkçisi Oruc Əzizov, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Ucar rayonu üzrə Gənclər və İdman sektorunun baş məsləhətçisi Mirmehdi Heydərov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Göyçay Regional Bölməsinin aparıcı məsləhətçisi Rauf Nəsirov, Ucar “Gənclər evi” Sosial Xidmət Müəssisəsinin metodisti Ramil Hüseynov, Ucar şəhər 1 nömrəli texniki və humanitar fənlər təmayüllü məktəb-liseyin direktoru Anar Misirov və məktəbin psixoloqu Sədaqət Soltanova çıxışlar edərək insan hüquq və azadlıqlarının qorunması, vətəndaşların konstitusiya hüquqlarının təmin olunması sahəsində ölkəmizdə görülmüş işlər barədə eləcə də “Uşaqların təhsil hüquqlarının qorunması”, “Narkomaniyaya yox deyək”, “Erkən və qohumlararası nikahların mənfi nəticələri”, “Dini radikalizm” mövzuları ilə bağlı müəllim və şagirdlər maarifləndirilmişdir. Tədbir iştirakçılarına bu sahədəki qanunvericilik, respublikamızda və rayonumuzda görülmüş işlərlə əlaqədar mövzulara uyğun məlumatlar verilmişdir. Tədbirdə müəllim və şagirdlərlə diskussiyalar aparılmış, məktəbin girişində asılmış fotostend və plakatlara baxış keçirilmiş və şagirdlərin mövzulara uyğun sualları cavablandırılmışdır.