Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar şəhər 1 nömrəli texniki və humanitar fənlər təmayüllü məktəb-liseydə “Uşaq Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilmişdir

14 noyabr 2025 | 15:09

          14 noyabr 2025-ci il tarixdə Ucar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ucar şəhər 1 nömrəli texniki və humanitar fənlər təmayüllü məktəb-liseydə “Uşaq Hüquqları Aylığı” çərçivəsində “Hüquqlarımızı bilək və öyrənək” adlı maarifləndirici tədbir keçirilmişdir.

          Tədbir iştirakçılarına ölkəmizdə uşaq hüquq və azadlıqlarının qorunması ilə bağlı görülmüş işlər, bu sahədə qəbul edilmiş qanunvericilik aktları barədə ətraflı məlumatlar verilmişdir. Tədbirdə uşaq hüquq və azadlıqlarının qorunması ilə bağlı diskussiyalar aparılmış və şagirdlərin sualları cavablandırılmışdır.

Keçidlər