Ucar şəhər 3 nömrəli tam orta məktəbdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində uşaqlarla maarifləndirici tədbir keçirilib
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Ucar rayonunda da bir sıra tədbirlər keçirilməkdə davam edir. Bu məqsədlə Ucar şəhər 3 nömrəli tam orta məktəbdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində uşaqlarla maarifləndirici tədbir keçirilib.
Tədbirdə Ucar Rayon İcra Hakimiyyətinin, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Ucar rayonu üzrə Təhsil sektorunun əməkdaşları, müəllimlər və şagirdlər iştirak etmişdir.
Tədbirdə çıxış edənlər iqlim dəyişiklikləri və onların canlı aləmə mənfi təsirlərindən həmçinin ekoloji maarifləndirmənin əhəmiyyəti barədə iştirakçılara geniş məlumat veriblər. Sağlam dünya naminə, ətraf mühitə diqqət və qayğının artırılmasında, yaşıllıqların salınmasında aktiv iştirak etməyin vacibliyi vurğulanıb.
Tədbir uşaqların hazırladıqları şeirlər və mahnılarla davam etdirilmişdir.