Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar şəhər 3 nömrəli tam orta ümumtəhsil məktəbində “Uşaq Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilmişdir

21 oktyabr 2025 | 12:40

Ucar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 21 oktyabr 2025-ci il tarixdə Ucar şəhər 3 nömrəli tam orta ümumtəhsil məktəbində “Uşaq Hüquqları Aylığı” çərçivəsində, “Bizim Hüquqlarımız” adlı tədbir keçirilmişdir.

Tədbirdə Ucar Rayon İcra Hakimiyyətinin məsul şəxsləri iştirak etmişlər. Tədbir iştirakçılarına ölkəmizdə uşaq hüquq və azadlıqlarının qorunması ilə bağlı görülmüş işlər, bu sahədə qəbul edilmiş qanunvericilik aktlarıbarədə ətraflı məlumatlar verilmişdir.

Tədbirdə uşaq hüquq və azadlıqlarının qorunması ilə bağlı diskussiyalar aparılmış və şagirdlərin sualları cavablandırılmışdır.

Keçidlər