Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar şəhər 4, 5, 6 nömrəli tam orta ümumtəhsil məktəblərində “Uşaq Hüquqları Aylığı” çərçivəsində tədbirlər keçirilmişdir

31 oktyabr 2025 | 15:46

31 oktyabr 2025-ci il tarixdə Ucar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ucar şəhər 4, 5, 6 nömrəli tam orta ümumtəhsil məktəblərində “Uşaq Hüquqları Aylığı” çərçivəsində tədbirlər keçirilmişdir.

Tədbirdə Ucar Rayon İcra Hakimiyyətinin məsul şəxsləri iştirak etmişlər. Tədbir iştirakçılarına ölkəmizdə uşaq hüquq və azadlıqlarının qorunması ilə bağlı görülmüş işlər, bu sahədə qəbul edilmiş qanunvericilik aktları barədə ətraflı məlumatlar verilmişdir. Tədbirdə uşaq hüquq və azadlıqlarının qorunması ilə bağlı diskussiyalar aparılmış və şagirdlərin sualları cavablandırılmışdır.

 

Keçidlər