Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar şəhər 4 saylı tam orta məktəbdə “Narkotiklərə və narkomaniyaya yox deyək”, “Erkən və qohumlar arası nikahların mənfi nəticələri”, “Dini radikalizm” və “Uşaqların təhsildən yayınmasının qarşısının alınması və hüquqlarının qorunması” mövzularında maarifləndirici tədbir keçirilmişdir

02 iyun 2023 | 12:31

         Ucar Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya, “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiya”nın və Ucar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Ucar şəhər 4 saylı tam orta məktəbində 02 iyun 2023-cü il tarixdə maarifləndirici tədbir keçirilmişdir.

         Maarifləndirmə tədbirində Ucar Rayon İcra Hakimiyyəti Başçısının müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri A.Qəhrəmanova, Ucar Rayon Polis Şöbəsinin əməliyyat işi üzrə müavini E.Məmmədov, Ucar Rayon İcra Hakimiyyətinin, Ucar Rayon Polis şöbəsinin əməkdaşları və digər əlaqədar dövlət qurumlarının məsul şəxsləri çıxışlar edərək Ucar şəhər 4 saylı tam orta məktəbdə “Narkotiklərə və narkomaniyaya yox deyək”, “Erkən və qohumlar arası nikahların mənfi nəticələri”, “Dini radikalizm” və “Uşaqların təhsildən yayınmasının qarşısının alınması və hüquqlarının qorunması” mövzuları ilə bağlı müəllimlər, şagirdlər və tədbirin digər iştirakçılarını maarifləndirmişlər. Tədbir iştirakçılarına mövzulara uyğun məlumatlar verilmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu sahələrdə imzalanmış qanunlar barədə, eləcə də respublikamızda bu sahədə görülmüş işlər və tədbirlər haqqında iştirakçılar məlumatlandırılmış, müəllim və şagirdlərlə diskussiyalar aparılmışdır. Tədbirin sonunda mövzulara uyğun videoçarx nümayiş etdirilmiş, şagirdlərin sualları cavablandırılmışdır.

Keçidlər