Ucar şəhər 5 nömrəli tam orta məktəbdə “Narkomaniyaya yox deyək”, “Erkən və qohumlararası nikahların mənfi nəticələri”, “Qız uşaqlarının təhsildən yayınmasının qarşısının alınması” və “Dini radikalizm” mövzularında maarifləndirici tədbir keçirilmişdir
Ucar Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiya”nın və Ucar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Ucar şəhər 5 nömrəli tam orta məktəbində 02 may 2025-ci il tarixdə maarifləndirici tədbir keçirilmişdir.
Maarifləndirmə tədbirində Ucar Rayon İcra Hakimiyyətinin, Ucar Rayon Polis Şöbəsinin, əlaqədar dövlət qurumlarının məsul şəxsləri və Ucar şəhər 5 nömrəli tam orta məktəbin direktoru çıxışlar edərək Ucar rayonunda “Narkomaniyaya yox deyək”, “Erkən və qohumlararası nikahların mənfi nəticələri”, “Qız uşaqlarının təhsildən yayınmasının qarşısının alınması” və “Dini radikalizm” mövzuları ilə bağlı şagirdlər maarifləndirilmişdir. Tədbir iştirakçılarına bu sahədəki qanunvericilik, ölkəmizdə eləcə də rayonumuzda aparılan işlər və mövzulara uyğun məlumatlar verilmişdir.
Tədbirdə müəllim və şagirdlərlə diskussiyalar aparılmış, məktəbin girişində asılmış fotostend və plakatlara baxış keçirilmiş, narkotiklərin və narkotik tərkibli bitkilərin tərkibi və mənşəyi barədə tədbir iştirakçılarına məlumatlar verilmiş və şagirdlərin mövzulara uyğun sualları cavablandırılmışdır.