Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar şəhər 6 nömrəli tam orta ümumtəhsil məktəbində “Uşaq Hüquqları Aylığı” çərçivəsində “Uşaqlar bizim gələcəyimizdir”, “Erkən nikahın mənfi nəticələri” mövzularında maarifləndirici tədbir keçirilmişdir.

29 oktyabr 2026 | 14:51

         29 oktyabr 2026-cı il tarixində Ucar Rayon İcra Hakimiyyəti Başçısı yanında Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyanın təşkilatçılığı ilə 20 oktyabr – 20 noyabr tarixləri arasında “Uşaq Hüquqları Aylığı” çərçivəsində “Uşaqlar bizim gələcəyimizdir”, “Erkən nikahın mənfi nəticələri” mövzularında Ucar şəhər 6 nömrəli tam orta ümumtəhsil məktəbində maarifləndirici tədbir keçirilmişdir.

         Tədbirdə Ucar Rayon İcra Hakimiyyəti Başçısı yanında Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyanın məsləhətçi-psixoloqu iştirak etmişdir.

         Tədbirdə mövzulara uyğun çıxışlar edilmiş, uşaqların hüquq və vəzifələri ilə bağlı şagirdlər maarifləndirilmişdir. Erkən nikahın törətdiyi mənfi nəticələr tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır. Müəllim və şagirdlərlə mövzuya uyğun diskussiyalar aparılmış və şagirdlərin sualları cavablandırılmışdır.

Keçidlər