Ucar şəhər Gənclər Evində “İnsan Hüquqları Aylığı Çərçivəsində” tədbir keçirilmişdir
Ucar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 07 iyun 2024-cü il tarixdə Ucar Rayon Gənclər Evi Sosial Xidmət Müəssisəsinin inzibati binasında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan edilmiş 18 may-18 iyun 2024-cü il tarixləri “İnsan Hüquqları Aylığı Çərçivəsində” tədbir keçirilmişdir.
Tədbirdə Ucar Rayon İcra Hakimiyyətinin, Ucar Rayon Prokurorluğunun, Ucar Rayon Polis Şöbəsinin, Təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin məsul şəxslərinin və rayon gənclərinin iştirak etmişlər. Tədbiri Ucar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının hüquq şöbəsinin müdiri Xəyyam Səmədzadə giriş sözü ilə açaraq insan hüquq və azadlıqları sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumat vermişdir. Mövzuya uyğun olaraq tədbirdə Ucar Rayon Prokurorunun köməkçisi Əsab Musazadə, Ucar Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Mirzalı Ağamalıyev, Ucar şəhər 3 nömrəli tam orta məktəbin müəllimi Gülçöhrə Xəlilova, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin bölgə üzrə əməkdaşı Rauf Nəsirov, Ucar Rayon Polis Şöbəsinin təşkilatı inspektor qrupunun baş inspektoru Saleh Muştaqov, “Ucar Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin ümumi şöbəsinin müdiri Abdulla Novruzov, Ucar Rayon Veteranlar Şurasının sədri Niyaz Xəlilov və Ucar rayonu üzrə Gənclər və İdman sektorunun baş məsləhətçisi Mirmehdi Heydərov çıxışlar edərək tədbir iştirakçılarına ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması ilə bağlı görülmüş işlər, bu sahədə qəbul edilmiş qanunvericilik barədə ətraflı məlumatlar vermişlər.
Tədbirdə insan hüquq və azadlıqlarının qorunması ilə bağlı diskussiyalar aparılmış və tədbir iştirakçılarının sualları cavablandırılmışdır.