Ucar şəhər Heydər Əliyev Mərkəzində 26 iyun–“Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ilə bağlı tədbir keçirilmişdir
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının təşəbbüsü ilə Ucar Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiya”nın və Ucar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Ucar şəhəri Heydər Əliyev Mərkəzində Mərkəzində 26 iyun–“Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ilə bağlı tədbir keçirilmişdir.
Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının məsul əməkdaşı Vasif Quliyev, Ucar Rayon İcra Hakimiyyətinin, Ucar Rayon Polis Şöbəsinin, Ucar Rayon Gənclər və İdman İdarəsinin, Ucar Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın, Ucar Rayon Veteranlar Şurasının məsul şəxsləri, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin bölgə üzrə əməkdaşı, təhsil, səhiyyə, mədəniyyət sahəsində çalışan şəxslər və rayon gəncləri iştirak etmişlər.
Tədbirdə narkotik vasitələrin istifadəsi, narkomaniya və narkomanlıq hallarının artması, psixotrop maddələrdən istifadə hallarının çoxalması, vətəndaşların eləcə də gənclərin bu cür hallardan çəkindirilməsi ilə bağlı Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının məsul əməkdaşı Vasif Quliyev, Rayon Komissiyasının katibi Xəyyam Səmədzadə, Ucar Rayon Polis Şöbəsinin Narkotiklərlə Mübarizə Qrupunun baş əməliyyat müvəkkili Səməd Əliyev, Ucar Rayon İcra Hakimiyyəti yanında ictimai şuranın sədri Mirzalı Ağamalıyev, Ucar şəhər 1 nömrəli məktəb liseyin psixoloq müəllimi Sədaqət Soltanova, Ucar Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Mirmehdi Heydərov və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin bölgə üzrə əməkdaşı Rauf Nəsirov çıxışlar edərək narkotikdən istifadənin insan sağlamlığına vurduğu ziyanlar gənc və yeniyetmələr arasında marrifləndirmə işləri və rayon ərazisində qeydiyyatda olan narkomanlar, eləcə də baş vermiş cinayət hadisələri barədə məlumatlar vermişlər. Tədbir iştirakçıları ölkəmizdə bu sahədə qəbul edilmiş dövlət proqramları və qanunvericilik aktları haqqında geniş məlumatlandırılmışlar. Bu sahədə Azərbaycan Respublikasının qoşulduğu konvensiyalar və 26 iyun–“Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ilə bağlı tədbir iştirakçıları maarifləndirilmiş, onlarla diskussiyalar aparılmış və tədbir iştirakçılarının sualları cavablandırılmışdır.