Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar şəhər Heydər Əliyev Mərkəzində “İnsan Hüquqları Aylığı Çərçivəsində” tədbir keçirilmişdir

09 iyun 2023 | 12:31

          Ucar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 09 iyun 2023-cü il tarixdə Ucar şəhər Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan edilmiş 18 may-18 iyun 2023-cü il tarixləri “İnsan Hüquqları Aylığı Çərçivəsində” tədbir keçirilmişdir.

          Tədbirdə Ucar Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Yevlax Regional İdarəsinin, Ucar Rayon Polis Şöbəsinin, Ucar rayon Gənclər və İdman İdarəsinin, Ucar Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın, Ucar Rayon Veteranlar Şurasının məsul şəxsləri, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin bölgə üzrə əməkdaşı, təhsil, səhiyyə, mədəniyyət sahəsində çalışan şəxslər və rayon gəncləri iştirak etmişlər. Tədbir iştirakçılarına ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması ilə bağlı görülmüş işlər bu sahədə qəbul edilmiş qanunvericilik barədə ətraflı məlumatlar verilmişdir. Tədbirdə insan hüquq və azadlıqlarının qorunması ilə bağlı diskussiyalar aparılmış və tədbir iştirakçılarının sualları cavablandırılmışdır.

Keçidlər