Ucar şəhəri 3 nömrəli tam orta ümumtəhsil məktəbində “Narkomaniyaya yox deyək”, “Dini radikalizm”, “Erkən və qohumlararası nikahların mənfi nəticələri” və “Uşaqların zərərli vərdişlərdən qorunması” mövzularında maarifləndirici tədbir keçirilmişdir
Ucar Rayon İcra Hakimiyyətinin və Ucar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Ucar şəhəri 3 nömrəli tam orta ümumtəhsil məktəbində 15 yanvar 2026-cı il tarixdə maarifləndirici tədbir keçirilmişdir.
Maarifləndirmə tədbirində Ucar Rayon İcra Hakimiyyətinin hüquq və kadr məsələləri sektorunun müdiri Xəyyam Səmədzadə, Ucar Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini Qoşqar Kazımov, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Ucar rayonu üzrə Gənclər və İdman sektorunun baş məsləhətçisi Mirmehdi Heydərov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mərkəzi Aran Regional Bölməsinin əməkdaşı Rauf Nəsirov, Ucar şəhəri 3 nömrəli tam orta ümumtəhsil məktəbin direktoru Qızqayıt Əhmədova çıxışlar etmişlər.
Tədbir iştirakçıları, müəllim və şagirdlər “Narkomaniyaya yox deyək”, “Dini radikalizm”, “Erkən və qohumlararası nikahların mənfi nəticələri” və “Uşaqların zərərli vərdişlərdən qorunması” mövzuları ilə bağlı maarifləndirilmişdir.
Tədbir iştirakçılarına respublikamızda və rayonumuzda görülmüş işlər barədə məlumatlar verilmişdir. Tədbirdə müəllim və şagirdlərlə diskussiyalar aparılmış və şagirdlərin mövzulara uyğun sualları cavablandırılmışdır.






