Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar şəhəri 4 nömrəli tam orta ümumtəhsil məktəbində “Erkən nikah” və “Uşaq hüquqları” haqqında maarifləndirici tədbir keçirilmişdir

22 yanvar 2026 | 16:44

22 yanvar 2026-cı il tarixdə Ucar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ucar şəhəri 4 nömrəli tam orta ümumtəhsil məktəbində “Erkən nikah” və “Uşaq hüquqları” haqqında maarifləndirici tədbir keçirilmişdir.

Tədbirdə Ucar Rayon İcra Hakimiyyətinin, Ucar Rayon Polis Şöbəsinin əməkdaşları iştirak etmişlər.

Tədbir iştirakçılarına ölkəmizdə erkən nikah və onun fasadları, uşaq hüquq və azadlıqlarının qorunması ilə bağlı görülmüş işlər, bu sahədə qəbul edilmiş qanunvericilik aktları barədə ətraflı məlumatlar verilmişdir.

Tədbirdə uşaq hüquq və azadlıqlarının qorunması ilə bağlı diskussiyalar aparılmış və şagirdlərin sualları cavablandırılmışdır.

Keçidlər