Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar şəhəri 5 nömrəli tam orta məktəbdə “Narkomaniyaya və narkotiklərə yox deyək”, “Qızların təhsildən yayındırılmasının qarşısının alınması”, “Erkən və qohumlar arası nikahların mənfi nəticələri”, “Dini radikalizm” mövzularında maarifləndirici tədbir keçirilmişdir

16 fevral 2024 | 13:27

          Ucar Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiya”nın və Ucar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Ucar şəhəri 5 nömrəli tam orta məktəbində 16 fevral 2024-cü il tarixdə maarifləndirici tədbir keçirilmişdir.

          Maarifləndirmə tədbirində Ucar Rayon Polis Şöbəsinin əməkdaşları, Ucar Rayon İcra Hakimiyyətinin və digər əlaqədar dövlət qurumlarının məsul şəxsləri çıxışlar edərək Ucar şəhəri 5 nömrəli tam orta məktəbdə Ucar şəhəri 5 nömrəli tam orta məktəbdə “Narkomaniyaya və narkotiklərə yox deyək”, “Qızların təhsildən yayındırılmasının qarşısının alınması”, “Erkən və qohumlar arası nikahların mənfi nəticələri”, “Dini radikalizm” mövzuları ilə bağlı müəllimlər, şagirdlər və tədbirin digər iştirakçıları maarifləndirilmişdir. Tədbir iştirakçılarına mövzulara uyğun məlumatlar verilmiş, ölkəmizdə bu sahədə görülmüş işlər və qəbul edilmiş qanunvericilik barədə onlara izahlar verilmiş, müəllim və şagirdlərlə diskussiyalar aparılmışdır. Tədbirin sonunda şagirdlərin mövzulara uyğun sualları cavablandırılmış və məktəbin foesində asılmış narkomaniyanın acı təzahürlərini özündə əks etdirən foto stendə və şagirlərin əl işlərinə baxış keçirilmişdir.

Keçidlər