Ucar şəhəri Heydər Əliyev Mərkəzində 26 iyun–“Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ilə bağlı tədbir keçirilmişdir
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının təşəbbüsü ilə Ucar Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiya”nın və Ucar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Ucar şəhəri Heydər Əliyev Mərkəzində 26 iyun-“Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ilə bağlı tədbir keçirilmişdir.
Tədbirdə narkotik vasitələrin istifadəsi, narkomaniya və narkomanlığa qarşı mübarizə psixotrop maddələrdən istifadə hallarının qarşısının alınması, vətəndaşların eləcə də gənclərin bu cür hallardan çəkindirilməsi ilə bağlı Ucar Rayon İcra Hakimiyyətinin, Ucar Rayon Polis Şöbəsinin və digər əlaqədar qurumların məsul şəxsləri çıxışlar edərək narkotik vasitələrdən istifadənin insan sağlamlığına vurduğu ziyanlar gənc və yeniyetmələr arasında marrifləndirmə işləri və rayon ərazisində qeydiyyatda olan narkomanlar, eləcə də baş vermiş cinayət hadisələri barədə məlumatlar vermişlər. Tədbir iştirakçıları ölkəmizdə bu sahədə qəbul edilmiş dövlət proqramları və qanunvericilik aktları haqqında geniş məlumatlandırılmışlar. Bu sahədə Azərbaycan Respublikasının qoşulduğu konvensiyalar və 26 iyun–“Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ilə bağlı tədbir iştirakçıları maarifləndirilmiş, onlarla diskussiyalar aparılmış və tədbir iştirakçılarının sualları cavablandırılmışdır.