Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş futbol üzrə bələdiyyələr və təşkilatlar arasında rayon birinciliyinə start verildi

08 iyun 2022 | 20:01

          8 iyun tarixində Ucar rayonu Qazıqumlaq kənd 2 saylı tam orta məktəbin stadionunda Ucar Rayon İcra Hakimiyyəti, Ucar Rayon Gənclər və İdman İdarəsi, Ucar Rayon Gənclər Evinin təşkilatçılığı və Mərcan məhsullarını istehsal edən şirkətin sponsorluğu ilə Ucar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş futbol üzrə rayon birinciliyinin açılış mərasimi baş tutub. Tədbirdə Ucar Rayonu İcra Hakimiyətinin Başçısı cənab Mənsur Məmmədov, bir sıra rayon rəsmiləri və Ucar şəhidlərinin ailə üzvləri iştirak ediblər.

          Qeyd edək ki, rayon birincliyində 12 futbol komandası mübarizə aparacaq və qaliblərə kubok, medal və hədiyyələr təqdim olunacaq.

          Bütün komandalara uğurlar arzulayırıq!

          Güclü olan qalib gəlsin!

Keçidlər