Şriftin ölçüsü :

Saytın rəngi :

Uşaq Səfirlər Məclisinin Ucar rayonu üzrə nümayəndələrinin təşəbbüsü ilə Ucar Gənclər Mərkəzində “Yaşıl Dünya naminə Həmrəylik ili”nə həsr olunmuş “Yalnız Bir Dünya” adlı tədbir keçirilib

21 may 2024 | 17:09

          Tədbirdə Ucar Rayon İcra Hakimiyyətinin, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Ucar rayonu üzrə Təhsil Sektorunun, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Ucar rayonu üzrə Gənclər və İdman Sektorunun, Ucar Uşaq Gənclər İnkişaf Mərkəzinin məsul əməkdaşları və Uşaq Səfirlər Məclisinin nümayəndələri iştirak etmişlər.

          Tədbir zamanı dünyanı narahat edən ekoloji problemlər, iqlim dəyişiklikləri və onların canlı aləmə mənfi təsirlərindən söz açılıb. Bu sahəyə diqqətin artırılması, beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin əhəmiyyətli olduğu bildirilib. Həmçinin çıxışlarda qeyd olunub ki, bu istiqamətdə uşaqlar da həmrəy olmalı və gələcəyin təminatçısı olan bu fərdlər də təbiətin qorunmasına öz töhfələrini verməlidirlər.

          Tədbir uşaqların mövzu ilə bağlı fikirlərinin səsləndirilməsi və diskussiya ilə davam edib.

Keçidlər