Xocalı soyqırımının 31-ci ildönümü Ucar rayonunda da qeyd olundu
26 fevral 2023 | 12:45
26 fevral 2023-cü il tarixdə Ucar Rayon İcra Hakimiyyəti Başçısı, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri 26 fevral Xocalı soyqırımının 31-ci ildönümü münasibətilə Şəhidlər Xiyabanını ziyarət etmiş, məzarların üzərinə güllər qoyulmuş, ruhlarına dualar oxunmuşdur.
Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar Ucar rayonu İcra Hakimiyyətində, rayonda yaşayan Xocalılarla görüş keçirilmişdir.