“Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində 23 oktyabr 2024-cü il tarixdə Ucar rayonunda növbəti ağacəkmə aksiyası keçirilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Respublikamızın hər yerində olduğu kimi, Ucar rayonunda da “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş silsilə tədbirlər davam edir.
İl çərçivəsində oktyabrın 23-də Ucar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə növbəti ağacəkmə aksiyası keçirilib.
Ucar Rayon İcra Hakimiyyətinin rəhbərliyinin, idarə və müəssisələrin kollektivlərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi aksiyada rayon ərazisində yerləşən magistral yolların kənarında 9000-ə yaxın ağac və gül kolları əkilib.
Qeyd edək ki, “Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində payız mövsümündə rayon ərazisində yaşıllıqların artırılması məqsədilə ağacların əkilməsi, həmçinin yaşıllıqlara qulluq və abadlıqla bağlı tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.