Şriftin ölçüsü :

Saytın rəngi :

Coğrafi mövqeyi

Ucar rayonu Bakı şəhərindən 234 km qərbdə-Şirvan düzündədir. Mərkəzi Ucar şəhəri olmaqla Bakı-Tbilisi dəmir yolunun, Bakı-Gəncə və Göyçay-Zərdab magistral avtomobil yollarının qovşağında yerləşir.

Səthi ovalıqdır. Ərazinin şərq və cənub-şərq hissəsi okean səviyyəsindən aşağıda yerləşir. Antropogen çöküntüləri yayılmışdır. Boz-çəmən torpaqları vardır. Ümumi torpaq fondu 83398 hektardır.

Su mənbələri Göyçay çayı,Türyançayın qolu olan Qarasu çayı və Yuxarı Şirvan kanalıdır. Baş Şirvan kollektoru Ucar rayonunun cənubundan keçir.

Ərazidə Tuqay meşələri var. Heyvanların – canavar, çaqqal, tülkü, tarlasiçanı, qumsiçanı, bataqlıq qunduzu və sairdir. Quşları turac, qırqovul və sairdir.

Ucar rayonu şimaldan Göyçay, şərqdən Kürdəmir, cənubdan Zərdab, qərbdən Ağdaş rayonları ilə əhatə olunur. Rayonun coğrafi mövqeyi olduqca əlverişlidir. Bakı-Tbilisi dəmir yolunun və maqistral avtomobil yolunun Ucar rayonundan keçməsi, habelə Qədim İpək yolunun bərpa olunmaqla Ucardan keçməsi yerləşdiyi yerin iqtisadi əhəmiyyətini olduqca artırır.

Yayı quraq keçən isti, yarımsəhra və quru-çöl iqlimi vardır. Əsas kənd təsərrüfatı bitkiləri taxıl, pambıq, tərəvəzdir.

Keçidlər