Şriftin ölçüsü :

Saytın rəngi :

Qəfərli Samir Möhlət oğlu

_______________________________

Soyad:              Qəfərli

Ad:                    Samir

Ata adı:             Möhlət

Doğum tarixi:    01.11.1994

Şəhid olub:       31.10.2020

Rütbə: əsgər

Təltifləri

     


"Vətən uğrunda" medalı, "Cəbrayılın azad olunmasına görə" medalı, "Qubadlının azad olunmasına görə" medalı, "Laçının azad olunmasına görə" medalı

Samir Qəfərli Möhlət oğlu 1 noyabr 1994-cü ildə Ucar rayonunun Bərgüşad kəndində anadan olmuşdur.

2001-ci ildə Ucar rayon Bərgüşad kənd Şəhid Ağamusa Mustafayev adına 1 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olmuşdur. 2012-ci ildə həmin məktəbi bitirən Samir Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kulturologiya fakültəsinə qəbul olmuşdur. Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisası ilə təhsilini davam etdirmişdir. Təhsilində bir müddət fasilə yaranan Samir 2016-cı ildə təhsilini yenidən davam etdirmiş və 2019-cu ildə həmin məktəbi bitirmişdir. Təhsil aldığı müddətdə Samir Qəfərli Xəzər TV-də yayımlanan "Ata ocağı" serialına çəkilmişdir.

2019-cu ilin oktyabr ayında Samir Qəfərli hərbi xidmətə yollanmışdır.

Azərbaycan Ordusunun əsgəri olan Samir Qəfərli 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Sonuncu dəfə ailəsi ilə 15 oktyabrda əlaqə saxlamışdır. Cəbrayılın, Qubadlının azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Əsgər Samir Qəfərli 30 oktyabr 2020 -ci ildə Laçın istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. 30 oktyabr 2020- ci ildə Ucar rayonunun Bərgüşad kəndində anasının yanında torpağa tapşırılmışdır.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Samir Qəfərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Samir Qəfərli ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Qubadlı şəhərinin işğaldan azad olunmasına görə gedən döyüşlərdə xüsusi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Samir Qəfərli "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Samir Qəfərli ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.

Keçidlər