Şriftin ölçüsü :

Saytın rəngi :

Gülüşov Rəmal Şahin oğlu

__________________________________

Soyad:                Gülüşov

Ad:                      Rəmal

Ata adı:              Şahin

Doğum tarixi:    05.08.1995

Şəhid olub:       16.12.2020

Rütbə:               əsgər

Təltifləri

   

"Vətən uğrunda" medalı, "Suqovuşanın azad olunmasına görə" medalı

Rəmal Gülüşov 5 avqust 1995-ci ildə Ucar rayonunun Qaracallı kəndində anadan olub.Ucar rayon Qaracallı kənd 2 nömrəli tam orta məktəbdə təhsil alıb.

Azərbaycan Ordusunun əsgəri olan Rəmal Gülüşov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində könüllü olaraq iştirak edib. Suqovuşanın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Rəmal Gülüşov 15 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən ,Rəmal Gülüşov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən, Rəmal Gülüşov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

Şəhidin həyat və döyüş yolu ilə bağlı video:

https://www.youtube.com/watch?v=rMTPNRthIlo

Keçidlər