Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə şahmat turnirinə yekun vuruldu

10 may 2016 | 16:00

10 may 2016-cı il tarixdə YAP Ucar rayon təşkilatı ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə rayon təşkilatının qərargahında şahmat turnirini bağlanışına həsr olunmuş mükafatlandırma mərasimi keçirildi.

8 yaş qrupunda Rəhim Hacıyev 1-ci, Vaqif Qəhrəmanov 2-ci, Əli Hüseynov 3-cü, 10 yaş qrupunda Nəzrin Camalova 1-ci, Nurlanə İsayeva 2-ci, Emil Hüseynli 3-cü, 12 yaş qrupunda Aynur Abdullayeva 1-ci, Qərib Səfərəliyev 2-ci, Seyfəddin Fəzliyev 3-cü, 14 yaş qrupunda Taleh Süleymanov 1-ci, Mirzalı Ağamalıyev 2-ci, Aygün Mahmudova 3-cü yerin qalibi olmuşlar. 5 yaşlı Zəhra Qəhrəmanova turnirin ən kiçik iştirakçısı olmuşdur.

Rayon təşkilatının rəhbərliyi qalibləri mükafatlandırmış, Şahmat Məktəbinin kollektivinə gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulandı.

Keçidlər